28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda sərnişin daşımaları kəskin azalır – 79 milyon az sərnişin

2021-ci ilin yanvar ayı ərzində Azərbaycanda yük daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz azalıb.

Banker.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 15.5 milyon ton yük daşınıb.

Daşınmış yüklərin 2.8 faizi dəniz, 8.1 faizi dəmir yolu, 0.3 faizi hava, 51.9 faizi avtomobil nəqliyyatı, 36.9 faizi isə boru kəməri ilə daşınmışdır

Hesabat dövründə sərnişin daşımaları isə əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 53.8 faiz azalıb.

2021-ci ilin yanvar ayında nəqliyyatçılar 68,7 milyon sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 99,8 faizi avtomobil nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat növləri ilə
daşınmışdır.

 

 

Son xəbərlər
Digər xəbərlər