23 C
Baku
Thursday, October 10, 2024

“Azərbaycanda sərnişindaşıma qiymətləri maya dəyərindən 2 dəfə azdır”

Bu gün ölkə ərazisində sərnişindaşıma qiymətləri onun maya dəyərindən iki dəfə azdır.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Onun sözlərinə görə, metro fəaliyyəti ilə bağlı daha yüksək rəqəmlər səsləndirilir: “Dəmir yolu vasitəsilə sərnişin daşımada isə maya dəyəri təqribən faktiki qiymətdən çoxdur. Bu ümumi bir problemdir. Faktiki olaraq metro və dəmir yolu dövlət tərəfindən subsidiyalaşdırılır. Avtobus fəaliyyəti isə qismən dövlət tərəfindən subsidiyalasdırılır”.

O vurğulayıb ki, avtobus qiymətlərinin eyni saxlanması ilə daşıyıcılarının marağının azalmasını görürük: “Bununla bağlı ciddi müzakirələr gedir, optimal bir variant tapılmalıdır. Ümumiyyətlə, ölkədə 36 % əhalinin nəqliyyata çıxış imkanları məhduddur. Bu bizim avtobus şəbəkəsinin genişləndirilməsini tələb edir. Bunun üçün isə daşıyıcılara bu sahənin rentabelli olmasını təmin etmək vacibdir. Biz anlayırıq ki, məsələlər həssas təqəbəni narahat edir. Lakin dövlət tərəfindən düzgün tənzimlənmə yenə də vətəndaşların marağına xidmət edir. Ümumiyyətlə, ölkə üçün faydalı və dayanıqlı həll modelini seçib tapmalıyıq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər