Azərbaycanda sərnişinlərin marağı azaldığı yeganə sektor metrodur – RƏQƏMLƏR

0

Azərbaycanda sərnişin daşımaların həcmi 2019-cu ilin ilk yarımilliyində 1,5 faiz artmaqla 967,3 milyon nəfərə çatıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Sərnişindaşımaların 1,58 milyonu dəmiryolları, 0,89 milyon nəfəri dəniz, 1,3 milyon nəfəri hava, 116,6 milyon nəfəri metro və 847,99 milyon nəfəri avtomobil ilə daşınıb.

Sərnişinlərin yeganə marağının azaldığı sektor isə metro ilə daşınmadır. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə 1,77 mln. manat və ya 1,5% azalma qeydə alınıb.

Ən çox artım isə dəmir yolu ilə sərnişin daşımalardır – 22% artıb.

Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin

 Növü

2019-cu ilin yanvar-iyun aylarında

2018-ci ilin müvafiq dövründə

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə, faizlə

Cəmi

967 303,5

952 618,2

1,5

o cümlədən:

Dəmir yolu

1 579,6

1 297,3

21,8

Dəniz

8,9

7,4

20,3

Hava

1 127,5

1 061,0

6,3

Metro

116 601,7

118 368,2

– 1,5

Avtomobil

847 985,8

831 884,3

1,9

avtobus

814 199,8

799 018,5

1,9

taksi

33 786,0

32 865,8

2,8