Azərbaycanda şəxs bank hesabından 440 manat çıxarıldığını iddia edir

0

Sumqayıtda bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Report-a verilən məlumata görə, DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Sumqayıt sakini olan bir qadın şəhər ərazisindəki bankomatların birində hesabından 440 manatının çıxarılaraq oğurlandığını bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Məlumatla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən qadın saxlanılıb. Araşdırmalarla onun Təzə Kotec qəsəbə sakini N.Hüseynova olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.