Azərbaycanda sabiq nazir vəfat edib (FOTO)

Hökumət Evi, Bakı

Azərbaycanın sabiq naziri Sucəddin Mustafa oğlu Abdullayev vəfat edib.

Banker.az “A24”-ə istinadla xəbər verir ki, bu barədə Azərbaycanın sabiq Maliyə naziri Fikrət Yusifov sosial şəbəkədə məlumat yazıb.

Sucəddin Mustafa oğlu Abdullayev Azərbaycanın keçmiş Mənzil-Kommunal Təsərrüfatı naziri, Milli Azadlıq Hərəkatının fəallarından biri olub. O, uzun sürən xəstəlikdən sonra ötən gün axşam saatlarında dünyasını dəyişib.

S.Abdullayev Mənzil-Kommunal Təsərrüfatı naziri postunu 1992-1999-cu illərdə tutub.

Xatırladaq ki, S. Abdullayev 1949-cu ildə Gədəbəy rayonunun Nəriman kəndində doğulub. O, Milli Azadlıq Hərəkatında xüsusi yeri olan, 1990-91-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin təşkilat komitəsinə rəhbərlik etmiş, 1991-ci ildə müəmmalı sui-qəsd nəticəsində həyatını itirmiş Arif Abdullayevin qardaşıdır.