26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası təsis olunub

Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası təsis edilib. Assosiasiya Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradılıb.

Bu məqsədlə Bakıda keçirilən tədbiri giriş sözü ilə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov açıb. S.Məmmədov Azərbaycanda həyata keçirilən islahatlar və iqtisadi siyasət barədə danışıb.

Daha sonra Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva çıxış ediblər.

Sonda isə Sahibkar Qadınlar Assosiasiyasının təsis edilməsi məsələsinə baxılıb. Assosiasiyanın yaradılması çərçivəsində yeni qurumun nizamnaməsi haqqında məlumat verilib, İdarə Heyətinin sayı və üzvləri formalaşdırılıb. “Bakı Tekstil Fabriki” MMC-nin sədri Səkinə Babayeva Assosiasiyanın İdarə Heyətinin sədri seçilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər