10 C
Baku
Sunday, April 14, 2024

Azərbaycanda sahibkarlar üçün “Findoc” platforması istifadəyə verilib

“Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) hazırladığı rəqəmsal kredit tarixçəsi platforması – “Findoc” portalında yeni xidmət istifadəyə verilib.

Bu barədə Büronun məlumatında bildirilir.

Məlumata görə, qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış platformada artıq vətəndaşlarla yanaşı hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər də özləri barədə toplanmış bütün məlumatlara çıxış imkanı əldə edəcəklər.

Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin portalın təqdim etdiyi xidmətlərdən yararlanmaq üçün gücləndirilmiş elektron imza (Asan İmza) ilə https://findoc.az/ linkinə daxil olaraq razılıq ərizəsini imzalamaları tələb olunur.

Portal vasitəsilə istifadəçilərə kredit hesabatına baxış, kredit hesabatının PDF formatında əldə edilməsi, kredit hesabatının Asan İmza ilə imzalanmış formada əldə edilməsi, kredit hesabatının AKB-nin rəsmi emailindən digər e-mail ünvanına yönləndirilməsi, kredit tarixçəsinin mübahisələndirilməsi xidmətləri göstərilir.

Kredit hesabatı istifadəçilərə il ərzində iki dəfə tam ödənişsiz təqdim edilir. Ödənişsiz sorğu limiti bitdikdən sonra göstərilən xidmətlərdən yararlanmaq üçün hər bir məhsul üzrə fərdi qaydada ödəniş və ya daha sərfəli olan abunəlik paketlərindən istifadə imkanı mövcuddur. Müvafiq ödənişlər Portal üzərindən və nağdsız həyata keçirilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər