27 C
Baku
Thursday, July 18, 2024

Azərbaycanda sahibkarlıqla bağlı yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) türk standartı əsasında AZS 1.3:2023 “Milli Standartlaşdırma Sistemi. Texniki şərtlərin işlənib hazırlanması, tərtibatı, razılaşdırılması, təsdiqi, qeydiyyatı, yoxlanması, dəyişikliyin edilməsi və ləğvi qaydaları” dövlət standartını qəbul edib.

Yeni dövlət standartı mala, işə, xidmət və proseslərə (o cümlədən idarəetmə sisteminə) dair texniki şərtlərin işlənib hazırlanması, tərtibatı, razılaşdırılması, təsdiqi, qeydiyyatı, yoxlanması, dəyişikliyin edilməsi və ləğvi qaydalarını müəyyən edir.

Standart sahibkarların tətbiq etdiyi mala, işə, xidmət və proseslərə (o cümlədən idarəetmə sisteminə) dair texniki şərtlərin müvafiq sahə üzrə qanunvericilin tələblərinə uyğun işlənib hazırlanmasına şərait yaradacaq.

Sözügedən standart layihəsi “Təşkilati, metodoloji və ümumi texniki standartlar” üzrə Texniki Komitədə (AZSTAND/TK 37) müzakirəyə çıxarılıb və İnstitut onu təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Yeni dövlət standartı qüvvəyə mindiyi tarixdən (15.05.2023) AZS 1.3:2014 “Dövlət standartlaşdırma sistemi. Texniki şərtlərin işlənməsi, razılaşdırılması, təsdiqi və qeydiyyatı qaydaları” dövlət standartı qüvvədən düşmüş hesab edilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər