27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda Şahmat Olimpiadasına həsr olunmuş poçt markaları buraxılıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” MMC əlamətdar hadisələrə həsr olunan yeni markalar dövriyyəyə buraxıb.

Nazirlikdən Report bildirilib ki, “Azərmarka”nın nəşr etdiyi növbəti markalar 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr edilib. Bu seriyada 5 poçt markası dövriyyəyə buraxılıb. Nəfis dizaynda hazırlanan blokun üzərində yer alan poçt markalarının hər birinin nominal dəyəri 0,5 manat təşkil edir.

Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu il sentyabrın 1-dən 14-dək Bakıda baş tutacaq.

Xatırladaq ki, “Şahmat üzrə Dünya Kuboku. Bakı-2015” adlı markası İtaliyada “L’arte del francobollo” jurnalı tərəfindən “Ayın ən orijinal markası” seçilib.poct

Son xəbərlər
Digər xəbərlər