Azərbaycanda sığorta bazarı 11%-dən çox artıb

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta şirkətləri tərəfindən 581 milyon 509 min manat məbləğinda sığorta haqqı yığılıb.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur.

2019-cu ilin 9 ayında isə sığorta şirkətləri tərəfindən 522 milyon 454 min manat həcmində sığorta haqqı yığılıb.

Bu ilin yanvar-sentyabr aylarında sığorta şirkətləri tərəfindən 307 milyon 762 min manat həcmində ödəniş həyata keçirilib. Ötən ilin eyni dövründə isə bu göstərici 201 milyon 701 min manat idi. Belə ki, illik müqayisədə sığorta şirkətləri tərəfindən həyata keçirilən sığorta ödənişləri 106 milyon 61 min manat və yaxud 53% artıb.