15 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda sığorta bazarı daha 9% “daralıb”

2019-cu ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 469.8 mln. manat  (ötənilikindən 9% az) məbləğində sığorta haqqı toplanıb, 175.5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayıb.

Könüllü sığorta bazarı üzrə haqlar 315.6 mln. manat, ödənişlər isə 124.1 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 154.2 mln. manat, ödənişlər isə 51.4 mln. manat olub.

2019-cu ilin yanvar-avqust aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.2%-i könüllü, 32.8%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 70.7%-i könüllü, 29.3%-i icbari sığorta növləri hesabına formalaşıb.

“Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi yığımlarda azalma olsa da, qeyri-həyat sığortası üzrə həm könüllü (1% və ya 0.9 mln. manat), həm də icbari sığorta növlərində (7% və ya 8 mln. manat) artım müşahidə edilib. Belə ki, qeyri-həyat sığortasının könüllü növlərində olan artımın əsas drayveri tibbi (14% və ya 8.8 mln. manat artım) və avtonəqliyyat vasitələrinin sığortası (28% və ya 4.8 mln.manat artım) üzrə olub”, deyə Palatanın press-relizində deyilir.

Son xəbərlər
Digər xəbərlər