16 C
Baku
Wednesday, October 16, 2024

Azərbaycanda sığorta bazarı ötən il 1 mlrd. manatı ötüb

Azərbaycan sığorta bazarı ötən il 28% böyüyərək 1 mlrd. manatı ötüb və ÜDM-də payı 1%-i keçib.

Bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Sığortaçılar Assosasiyasının (ASA) sədri Elmar Mirsalayev deyib.

O bildirib ki, sektorun əsas hədəfi mövcud dayanıqlı böyümənin davamlılığının təmin edilməsidir.

“Növbəti illərdə, bu məqsədimizə nail olacağımıza əminik”, – deyə ASA sədri əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər