18 C
Baku
Wednesday, April 17, 2024

Azərbaycanda sığorta şirkətləri ₼139 milyon toplayıb, ₼39 milyon ödənişlər ediblər

2024-cü ilin yanvar ayında Azərbaycanda sığorta yığımlarının həcmi 139 milyon 114 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5.5% çoxdur.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 38 milyon 783 min manat olub ki, bu da 10.3% artım deməkdir.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 131 milyon 814 min manat, sığorta ödənişlərinin həcmi isə 35 milyon 168 min manat olub.

Son xəbərlər
Digər xəbərlər