25 C
Baku
Saturday, July 13, 2024

Azərbaycanda sığortalanların sayı kredit götürənləri keçdi

Cari ilin yanvar-sentyabr aylarında sığortaolunanların fərdi uçot sisteminin qurulması tədbirləri davam etdirilib və oktyabrın 1-i tarixinə sosial sığorta nömrəsi verilmiş və fərdi hesab açılmış sığortaolunanların sayı 3 milyon 136 min nəfəri ötüb.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ilin əvvəlinə nisbətən 160,1 min nəfər artıb ki, bu da ölkədəki iqtisadi inkişafa uyğun olaraq daimi yeni iş yerlərinin yaradılmasının, habelə sosial sığorta sistemində təbliğat işlərinin gücləndirilməsi və iştirakçıların aktivliyinin artırılmasının göstəricisidir.

Eyni zamanda, sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi aparılıb, fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidməti fəaliyyətini davam etdirib.

Son xəbərlər
Digər xəbərlər