20 C
Baku
Saturday, May 25, 2024

Azərbaycanda son 10 ayda işsizlik səviyyəsi 5.5%-də dəyişməz qalıb – DSK

Azərbaycanda işsizlik səviyyəsi 2024-cü ilin mart ayında 5.5% səviyyəsində sabit qalıb və yuvarlaq götürsək bu da 2023-cü ilin iyun ayından bu tərəfə dəyişməz qalması deməkdir.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.

2023-cü ilin mayından işsizlik səviyyəsi 5.6% təşkil etmiş, iyundan etibarən 5.5% səviyyəsinə düşüb.

İşsizlərin sayı isə mart ayında 286.8 min nəfərdən 286.9 min nəfərə cüzi dəyişib.

Məlumata əsasən, 2024-cü il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 253.3 min nəfər olmuş, onlardan 4 milyon 966.4 min nəfərini məşğul əhali təşkil etmişdir. Cari il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 727.2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 899.7 min nəfər, qeyri-dövlət sektorunda isə 827.5 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 695.8 min nəfər çalışmışdır.

345678

Son xəbərlər
 ⁠
Digər xəbərlər