6 C
Baku
Sunday, March 3, 2024

Azərbaycanda son 30 ildə qeyri-neft sektoruna $200 mlrd.-a yaxın pul qoyulub

Son 30 ildə Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox investisiya yatırılıb ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-neft sektorunun payına düşüb.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili bildirib.

Bundan başqa, onun sözlərinə görə, son 20 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb, dövlət büdcəsinin gəlirləri 30 dəfədən çox artıb, Azərbaycanın xarici ticarət dövriyyəsində isə 10 dəfə artım qeydə alınıb”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər