28 C
Baku
Thursday, July 25, 2024

Azərbaycanda son 5 ildə şəkər istehsalının dinamikası – Qrafik

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 311.3 min ton qənd və şəkər tozu istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 44.8% çoxdur. 01.12.2021-ci il vəziyyətinə hazır qənd və şəkər tozu ehtiyatı 21.9 min tondur.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, bu göstərici son 5 ildəki qənd və şəkər istehsalının həcmindəki maksimum göstəricidir. 2017-ci ilin yanvar-noyabr aylarında istehsalın həcmi cəmi 205.7 min ton idi. Növbəti – 2018-ci ildə isə istehsal 200 min tondan aşağı düşdü və 189.9 min ton oldu. 2019-cu ildə istehsal yenidən yüksələrək 261.6 min tona çatdı. Ötən il isə qənd və şəkər tozunun istehsalında yenidən azalma müşahidə olundu və 2020-ci ilin ilk 11 ayı ərzində istehsalın həcmi 215.1 min ton oldu.

Banker.az son 5 ildə qənd və şəkər tozu istehsalının dinamikasını təqdim edir:

qrafikk

Son xəbərlər
Digər xəbərlər