23 C
Baku
Sunday, July 3, 2022

Azərbaycanda son ayda özəl sektor ixtisara gedib, dövlət isə işçilər götürüb

Azərbaycanda 2021-ci ilin ilk ayı ərzində muzdla işləyən işçilərin sayı azalıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

DSK açıqlayıb ki, 2021-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 684.4 min nəfər olub. Bu da cari ilin əvvəli ilə müqayisədə 7 min nəfər, yaxud 0.4% azalma deməkdir.

Muzdla işləyən işçilərin 915.3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda işləyənlər olub ki, bu da ay ərzində 0.5% artım deməkdir.

Özəl və ya qeyri-dövlət sektorunda çalışan işçilərin sayı isə 769.1 min nəfər olub. Bu da aylıq 11.9 min, yaxud 1.5% azalma deməkdir.

Son xəbərlər
Oxşar xəbərlər