Azərbaycanda biznesin inam indeksi 2024-cü ilin dekabrında tikintidən başqa bütün sektorda yüksəlib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki,
Sənaye indeksi dekabrda 11.5 bənddən 13.4 bəndə, tikintinin inam indeksi mənfi 14.4 bənddən mənfi 3.8 bəndə, xidmət sektorunun inam indeksi 22.2 bənddən 23.0 bəndə yüksələrkən, pərakəndə ticarətdə 26.7 bənddən 19.7 bəndə düşüb.
Real sektorda İşgüzar Fəallıq İndeksləri (Business Tendency Indices in Real Sector) iqtisadiyyatın istehsal və xidmət sektorlarındakı işgüzar fəallığı ölçən statistik göstəricilərdir. Bu indekslər əsasən sahibkarların və şirkətlərin cari vəziyyətə və gələcək gözləntilərə dair fikirlərini əks etdirir.
Bununla belə, demək olar kə hər sektor üzrə istehalçı və ya xidmət tərəfi qiymət gözləntilərini artırıblar.