2019-cu ilin yanvar-iyul ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişlərinin icmal göstəriciləri açıqlanıb.
Bu barədə Banker.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinad edir.
Qala Sığortanın 2019-cu ilin yanvar-iyul ayları üzrə sığorta haqları 14,425 min manat olub . Belə ki, ötən ilin müvafiq dövrüylə müqayisədə 71% artıb.
Rəvan Sığortada cari ilin son 7 ayında sığorta haqları 78% artaraq 1,550.04 min manat təşkil edib.
Xalq Sığortada isə sığorta haqları 14,884.42 min manat olub ki, bu da illik müqayisədə 247.5% artım deməkdir.
Naxçıvansığorta yanvar-iyul aylarında sığorta haqlarını 100% artıraraq 300,18 min manat edib.