Azərbaycanda sosial rifah göstəricilərinə görə MDB-də öndədir

0

 İnsan kapitalı texnoloji inkişafın günü gündən sürətləndiyi bir dövrdə həm innovativ dünyanın, həm də iqtisadiyyatın əsas təkanverici qüvvəsi hesab oluna bilər. Sosial rifah içində yaşayan, tərəqqi edən və savadlanan əhali hər bir ölkənin inkişafı üçün əvəzedilməz resursdur. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin siyasi-iqtisadi mövqeyində də sosial məsələlər öndə yer alır. Xüsusilə ötən il aparılan bir sıra kütləvi sosial islahatlar da bunun bariz nümunəsidir. 

Ötən il həyata keçirilən və 3.9 milyard manat maliyyə yükü ilə 4,2 milyon insanı əhatə edən sosial paket vətəndaşların maddi vəziyyətinin yaxşılaşması istiqamətində atılan önəmli tədbirdir. Sosial islahat paketi minimum əmək haqqının, minimum pensiyanın, eyni zamanda, təqaüd və müavinətlərin artırılması, o cümlədən, problemli və vaxtı keçmiş kreditlərin geri qaytarılması və restrukturizasiyası kimi önəmli islahat tədbirlərini özündə ehtiva edir. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

2019-cu  il ərzində minimum əmək haqqı 2 dəfəyə qədər artırılaraq 130 manatdan 250 manata çatdırılıb. Bu gün Azərbaycan alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla minimum əmək haqqı göstəricisinə görə MDB ölkələri arasında 2-ci yerdədir. Qonşu ölkələrlə müqayisədə bu göstərici Ermənistandan 2.1 dəfə, Qazaxıstandan 1.6 dəfə, Gürcüstan və Rusiyadan isə 1.4 dəfə yüksəkdir. Bu da öz növbəsində Azərbaycan vətəndaşının alıcılıq qabiliyyətinin yüksək olduğunu, minimal əmək haqqı ilə də digər ölkələrlə müqayisədə sosial rifahının daha yüksək olduğuna işarədir. Əmək haqlarının artımı isə orta aylıq əmək haqqının artmasına gətirib çıxarıb. Alıcılıq qabiliyyəti paritetinə əsasən orta aylıq əmək haqqına görə Azərbaycan MDB-də 2-ci yerdədir. Müqayisə   üçün Ermənistanın 9-cu yerdə olduğunu da qeyd etmək olar.

  Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən digər islahat tədbiri pensiyaların artırılması ilə əlaqədardır. Bu islahat 2019-cu il ərzində əmək pensiyalarının 72% artımı ilə Azərbaycanı MDB məkanında minimal pensiyanın beynəlxalq dollarla ifadəsinə görə 477 beynəlxalq dollarla 1-ci yerə yüksəltmiş oldu. Bu göstərici Ermənistanın minimal pensiya göstəricisindən 3.7 dəfə, Gürcüstanın göstəricisindən 2 dəfə, Rusiyanın göstəricisindən 1.3 dəfə, Qazaxıstanın minimal pensiya göstəricisindən isə 1.1 dəfə çoxdur. Orta pensiya göstəricisinə görə isə Azərbaycan MDB-də 2-ci Ermənistan isə 10-cu yerdədir.


 Əmək haqqı və pensiyalara dair göstəricilər


Göstərici


Azərbaycan


MDB-də yeri


Ermənistan


MDB-də yeri

Minimum əmək haqqı

Mütləq rəqəm



Alıcılıq qabiliyyəti


147 $



597 $


6-cı yer



2-ci yer


142 $



337 $


7-ci yer



8-ci yer

Orta əmək haqqı

Mütləq rəqəm



Alıcılıq qabiliyyəti


425 $ 



1742 $ 


5-7-ci yer



2-ci yer


369 $



876 $


8-ci yer



9-cu yer

Minimum pensiya

Mütləq rəqəm


Alıcılıq qabiliyyəti


118 $


477 $


2-ci yer


1-ci yer


55 $


131 $


9-cu yer


10-cu yer

Orta pensiya

Mütləq rəqəm


Alıcılıq qabiliyyəti


154 $


632 $


4-cü yer


2-ci yer


84 $


201 $


8-ci yer


10-cu yer

Mənbə – MDB BPSFA. 

Qeyd:Rəqəmlər Azərbaycan üçün 1 yanvar 2020-ci il, Ermənistan üçün noyabr 2019-cu il tarixinədir.

 

Azərbaycanın sosial müdafiə xərcləri də Ermənistanla müqayisədə 3 dəfədən çoxdur. Belə ki, 2020-ci il dövlət büdcəsində sosial müdafiə xərcləri 3.8 milyard ABŞ dolları olduğu halda Ermənistanda bu göstərici cəmi 1.1 milyard ABŞ dollarıdır. Bundan başqa, dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri, qaçqın və məcburi köçkünlərə dəstək mexanizmləri də tətbiq olunur. 2019-cu ildə şəhid ailələri və müharibə əlillərinə 934 mənzil (indiyədək 7590 mənzil) və 600 avtomobil (indiyədək 6750 avtomobil),qaçqın və məcburi köçkünlərə isə 5 mindən artıq mənzil təqdim olunub, eyni zamanda, şəhid ailələri və müharibə əlilləri 210-300 AZN civarında Prezident təqaüdü ilə, qaçqın və məcburi köçkünlər aylıq 60 AZN müavinətlə, Milli Qəhrəmanlar isə aylıq 1500 AZN dövlət tərəfindən ödənməklə ödənişsiz təhsil ilə təmin olunublar.

2019-cu ilin  böyük miqyaslı digər sosial layihəsi cənab Prezident tərəfindən fiziki şəxslərin problemli kreditləri ilə bağlı məsələnin həll olunmasıdır. Belə ki, islahat nəticəsində fiziki şəxslərin  kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödənildi. Digər ölkələrdə problemli kreditlərin həlli istiqamətində həyata keçirilən müxtəlif modellerlə müqayisədə öz sosial yönümlülüyü ilə seçilən bu layihədən ümumilikdə 800 mindən artıq əhali yararlandı. 

Azərbaycanda sosial vəziyyətin günü gündən inkişaf etməsi, əhalinin həyat şəraitinin daha da yaxşılaşması müxtəlif aspektlərdən özünü büruzə verir. Azərbaycan əhalisinin digər sferalarda qeydə alınan inkişaf fonunda 1991-ci ildən bu günə 40% artması ölkədə yaşayış şəraitinin də inkişaf etdiyinin sübutudur. Belə ki, əhalinin artım sürəti ümumi iqtisadi, intellektual və mədəni inkişafdan və modernizasiyadan asılı olaraq dəyişir. Əhali artımı inkişaf etmiş ölkələrdə əsasən miqrasiya göstəricisinə, əksinə, zəif inkişaf etmiş ölkələrdə isə demoqrafik məhsuldarlıq səviyyəsinə görə baş verir. Azərbaycanda isə bu hər iki istiqamətdə müşahidə olunur. Belə ki, Azərbaycanda demoqrafik məhsuldarlıq (ortalama hər qadına düşən doğum sayı)  beynəlxalq statistika mənbələrində 1.89 göstəricisi ilə bütün inkişaf etmiş ölkələrdən, Rusiya(1.61), Ermənistan (1.64) və Gürcüstandan(1.76), hətta Çindən (1.6) də daha çoxdur. Bununla paralel olaraq  Azərbaycan xalis miqrasiya dərəcəsinə (hər 1000 nəfərə düşən xalis miqrasiya) görə də 0 (0,006) miqrant sayı (ümumilikdə 6 imiqrant ilə müsbət saldo) ilə 225 ölkə arasında 80-ci yerdə olmaqla qonşu dövlətlərlə müqayisədə Ermənistandan 5.6 dəfə, Türkiyədən 4.5 dəfə, Gürcüstandan 1.1 dəfə daha çoxdur. Bu da ölkəyə gələn əhalinin gedənlərdən daha çox olduğunu, dolayı yolla ölkədə yaşayış vəziyyətinin yaxşı olmasının bunu təşviq etdiyini deməyə imkan verir.

Bundan başqa əhalinin həyat şəraitinin keyfiyyət göstəricilərinə dair statistik məlumatlar da müsbət şərhlər verməyə imkan verir. Belə ki, Azərbaycanda yoxsulluq səviyyəsi son 10 ildə ən aşağı həddə çataraq 4.8% olmaqla MDB ölkələri arasında 2-ci yerdədir. Ermənistan isə 23.5% göstərici ilə 8-ci yerdədir. Digər göstəricilər olan ümumi işsizlik və gənclər arasında işsizlik səviyyəsi Azərbaycanda müvafiq olaraq 4.8% və 9.1% olmaqla Ermənistanla müqayisədə 4 dəfə daha azdır.

 

Yoxsulluq, işsizlik və demoqrafiyaya dair göstəricilər


Göstərici


Azərbaycan


MDB-də yeri


Ermənistan


MDB-də yeri


Yoxsulluq

4,8%

2-ci yer

23,5%

8-ci yer

15-29 yaşlı gənclər

arasında işsizlik səviyyəsi1    

9,1%

 

30,2%

 

İşsizlik

4,8%

4-cü yer

19.8%2

10-cu yer

QEYD 1. Mənbə: Dövlət Statistika Komitəsi. Rəqəmlər 2018-ci il üçündür.

QEYD 2. Mənbə: Dövlət Statistika Komitəsi. Rəqəmlər 2019-cu il 1 iyul tarixinədir.

 

 

Statistik göstəricilərdən də görüldüyü kimi Prezidentin rəhbərliyi ilə sosial sahədə aparılan kompleks islahatlar ilk öncə vətəndaş məmnunluğu, sosial rifahın yaxşılaşdırılması, əhalinin sosial-mədəni inkişafının təmin edilməsi istiqamətində hərtərəfli dəstəyi hədəfləyərək qısa zamanda öz müsbət nəticələrini göstərməkdədir. Bu islahatlar əhalinin gəlirlərinin, yığımların, investisiya yatırımlarının artmasına, iqtisadi aktivliyin yüksəlməsinə gətirib çıxarmaqdadır ki, bu da öz növbəsində iqtisadiyyatın digər sferalarına da öz müsbət töhfəsini verəcəkdir.