22 C
Baku
Monday, May 20, 2024

Azərbaycanda şpris istehsalı 51% artıb

Azərbaycanda şpris istehsalının həcmi cari ildə də artaraq 56.6 milyona çatıb.

Banker.az xəbər verir ki, 2023-cü ilin ilk yarısında Azərbaycanda 56 milyon 581.69 min ədəd şpris istehsal edilib.

Bu da illik müqayisədə 19 milyon 163.06 min ədəd və ya 51% çoxdur.

Şpris Azərbaycanda Pirallahı Sənaye Parkında “Diamed Co “ Şpris İstehsalı zavodu tərəfindən istehsal edilir. Zavod 50 nəfərlik işçi heyəti ilə müxtəlif tutumlu 2, 5, 10 və 20 qramlıq olmaqla ildə 150 milyon ədəd şpris istehsalı gücünə sahibdir.

Zavod 2022-ci ildə 2.18 milyon manat xalis mənfəət əldə etdiyini açıqlamışdı.

36

Son xəbərlər
 ⁠
Digər xəbərlər