Azərbaycanda startapların maliyyələşdirilməsi üçün investorlar klubu yaradılaca

Yaxın zamanlarda Azərbaycanda startap layihələrin maliyyələşdirilməsi üçün investorlar klubu yaradılacaq.

Trend-in məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi 6-cı qrant müsabiqəsinin qalibləri ilə görüşü zamanı deyib.

Nazirin sözlərinə görə, bütün səylər ona yönəlib ki, Azərbaycan startapları hər zaman alternativ maliyyə mənbələrinin axtarışında olsun.