21 C
Baku
Wednesday, April 17, 2024

Azərbaycanda su ilə təmin olunmuş əhalinin sayı 8 milyon nəfərə çatıb

2003-2023-cü illərdə Azərbaycanda su ilə təmin olunmuş əhalinin sayı 2.7 milyon nəfərdən 8 milyon nəfərə, xüsusi çəkisi isə 26%-dən 77%-ə çatıb.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanov bildirib.

“O cümlədən, Bakı şəhəri üzrə bu nisbət 29%-dən 80%-ə yüksəlib”, – deyə o, əlavə edib.

R.Aslanov həmçinin bu dövrdə sayğaclaşma göstəricisinin 90%-ə çatdığını bildirib.

“20 il ərzində ölkədə 22 min kilometrdən çox içməli su xətti, 8 min kilometrdən çox kanal və kanal tullantı su xətti çəkilib, 320 içməli su anbarı yaradılıb, 174 nasos stansiyası tikilib, 1.5 milyon su sayğacı quraşdırılıb, yeni 45 böyük su mənbəyi yaradılıb. Eyni zamanda bu dövrdə 54 şəhər və rayon mərkəzində su təchizatı və tullantı suları infrastrutukturu layihələri icra olunub. Bunların 32-si tam başa çatdırılıb. Təqribən 1 126 kənddə 1.5 milyon əhalini təmsil edən ərazidə içməli su təchizatı layihələri icra olunub. 28 tullantı su təmizləyici qurğu tikilib”, – deyə sədr müavini əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər