10 C
Baku
Saturday, March 2, 2024

Azərbaycanda süni intellektin tətbiq edildiyi sahələr açıqlanıb

Azərbaycanda süni intellekt bir neçə istiqamətdə tətbiq edilir.

Bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.

“Azərbaycanda süni intellekt futbol, güləş, cudo və digər idman növlərində tətbiq edilir. Bundan başqa, kənd təsərrüfatında dronların tətbiqi, elektron hökumət portalında “ASAN Login” üzərindən üz tanıma və sistemə giriş imkanı mövcuddur. SOCAR və digər sənaye qurumlarında, neft-qaz təşkilatlarında süni intellekt və robotlar vasitəsilə müxtəlif layihələrin icrası həyata keçirilir. Bununla yanaşı, gömrük məntəqələrində xüsusi komputerlər və kameralar vasitəsilə məhsulların skan olunması və onların detalları ilə bağlı araşdırma aparılması istiqamətində işlər gedir. Azərbaycan dilinin korpusunun yaradılması, çağrı mərkəzlərində süni intellekt vasitəsilə səsin, yazının tanınması və insanlara cavabverilməsi, generativ Aİ əsaslı xüsusi mobil tətbiqlər vasitəsilə insanların sual verib cavab alması istiqamətində işlər aparılır. Müxtəlif tərəflərlə çalışır, araşdırmalar aparırıq. Dünya təcrübəsinin Azərbaycana gətirilməsi istiqamətində digər IV sənaye inqilabı mərkəzləri ilə ortaq əməkdaşlığımız var”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər