26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda süni tənəffüs cihazına qoşulanların sayı azalıb

İyulun 20-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 817 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 634 698-ə çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronaviruslu xəstələrin sayı 8 037-yə bərabərdir. Xəstələrdən 344 nəfəri reanimasiyadadır ki, onlardan da 58-i süni tənəffüs cihazına qoşulub.

Ötən gün isə süni tənəffüs cihazına qoşulanların sayı 63 nəfər idi.

Xatırladaq ki, iyulun 20-də Azərbaycanda koronavirus infeksiyasına daha 369 yoluxma faktı qeydə alınıb, 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər