28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda sürtkü yağları istehsal edən şirkətə əlavə 8 mln. manat maya qoyulub

Azərbaycanda avtomobil üçün sürtük yağları istehsal edən “ALCO” MMC  şirkətinə əlavə 8 milyon manat üzərində maya qoyulub.

Banker.az xəbər verir ki, Sumqayıt Kimya Sənayesi Parkının rezidentinin nizamnamə kapitalı  10 010 manatdan 8 214 274 manata qaldırılıb.

Bu da kapitalın 8 204 264 manata qədər əlavə kapital qoyuluşudur.

Xatırladaq ki, şirkət 2016-cı ildə yaradılıb. Yaradılarkən adı “Alco Lubricant Company” MMC idi.

“ALCO” MMC tərəfindən ilk dəfə olaraq Rumıniya, Çexiya, Latviya, Litva və İordaniyaya sürtkü yağları ixrac edir.

Son xəbərlər
Digər xəbərlər