31 C
Baku
Monday, July 15, 2024

Azərbaycanda sürücülərin iş və istirahət rejimini bu nazirlik müəyyən edəcək

Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müəyyənləşdirəcək.

Bu barədə Baş nazir Əli Əsədovun “Avtomobil nəqliyyatı haqqında” Qanuna edilən dəyişikliklərin icrası ilə bağlı imzaladığı sərəncamda qeyd olunub.

Sərəncama əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla 4 ay müddətində bununla bağlı layihəni hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

Dəyişikliklə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət qaydasını müvafiq icra hakimiyyəti orqanı deyil, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən ediləcək.

Bu sərəncam sentyabrın 4-dən qüvvədədir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər