32 C
Baku
Thursday, June 20, 2024

Azərbaycanda təmassız ödəniş kartlarının sayı 2.3 dəfə artdı [rəsmi]

2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar olaraq dünya iqtisadiyyatının həcmi daralsa da, nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artmış, təmazsız texnologiyaların, elektron ticarətin istifadəsi genişlənmişdir.

Banker.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri üzrə icmalda deyilir.

Ödəniş kartlarının sayında və nağdsız istifadə göstəricilərində müsbət dinamika Azərbaycanda da müşahidə olunmuşdur.  Belə ki, 1 iyul 2021-ci il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 10.4 mln ədəd təşkil etmiş və bu kartların 52%-i təmassız ödənişləri (contactless payment) dəstəkləmişdir. Bank kartlarının 5.4 mln. manatında təmassız ödəniş mümkündür.

2020-ci ilin analoji dövrü ilə müqayisədə ödəniş kartlarının sayı 16%, o cümlədən təmassız kartların sayı 2.3 dəfə artmışdır. Emissiya edilən ödəniş kartlarının 88%-i yəni 9.2 mln. ədədi debet kartlar, 12%-i yəni 1.2 mln. ədədi isə kredit kartları təşkil etmişdir.

324234

Son xəbərlər
 ⁠
Digər xəbərlər