5 C
Baku
Monday, December 30, 2024

Azərbaycanda taksi qiymətləri bahalaşdı

Bu gündən “Bolt” taksi şirkəti gediş haqqını 10 faiz bahalaşdırıb.

Bu barədə “Bolt”taksi şirkətinin sürücüləri məlumat veriblər.

Bildiriblər ki, iki gündür şirkətdən onlara gediş haqqında 10 faiz artımın olacağı barədə bildiriş xarakterli sms gəlib. Bu gündən isə qiymət artımı tətbiq edilib. “Bolt” taksi şirkətinin Zülfiqar adlı sürücüsü bildirib ki, gedişhaqqında bahalaşma yaxın məsafələrə tətbiq edilib. Sürücülərə isə uzaq məsafəyə gediş haqqının artırılması daha sərfəlidir.

“Bolt” Azərbaycan şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib. Şirkətdən bildirlib ki, hal-hazırda 10 faiz qiymət artımı olub. Bu artım bütün sifarişlərə aiddir.

Məlumat üçün bildirək ki, hazırda “Bolt” taksidə minimal gediş haqqı 2,50 AZN-dir.

Son xəbərlər
Digər xəbərlər