Azərbaycanda taksi şirkəti səhmlərini dövriyyədən çıxarır

“A Taksi” QSC tərəfindən qiymətli kağızların bir qismi dövriyyədən çıxarılır və ləğv edilir.

Qiymətli kağızların bir qisminin dövriyyədən çıxarılması və ləğv edilməsinin səbəbi – cəmiyyətin ümumi yığıncağının qərarıdır.

Ləğv edilən qiymətli kağızla­rın nominal dəyəri – 1000 (bir min manat) manatdır. Dövriyyədən çıxarılacaq və ləğv ediləcək qiymətli kağızların sayı – 98  ədəddir.

Qiymətli kağızların geri ödənilməsi şərtləri (qiymətli kağız­ların geri alınma dəyəri, ödənilməsi qaydası və s.) səhmdarların hər birinə 49.000 manat onların bank hesab­larına köçürülməklə səhmlərin dəyəri geri ödəniləcəkdir.

“A Taksi” QSC-nin hüquqi ünvanı  Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 13A, Xətai İş Mərkəzi, 12-ci mərtəbə-dir. Şirkət dövlət qeydiyyatına  29 Noyabr 2018-ci il tarixində alınıb, nizamnamə kapitalı 100 min manatdır və qanuni təmsilçisi Rəşad Mursaqulovdur.

Son xəbərlər
Digər xəbərlər