24 C
Baku
Bazar, May 29, 2022

Azərbaycanda taksiyə minənlər azalıb, avtobusa üstünlük verilib

Azərbaycanda taksidən istifadə edənlərin sayı azalıb. Avtobusdan istifadə edənlərin sayı isə, əskinə, artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesabata istinadən xəbər verir.

Belə ki, bu ilin yanvar-mart aylarında taksi istifadəçilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.4% azalaraq 14 826.4 min nəfər olub. Avtobus istifadəçiləri isə illik müqayisədə 21.1% artaraq 283 307.6 min nəfərə çatıb.

 

Son xəbərlər
Oxşar xəbərlər