Azərbaycanda taxıl idxalı azala bilər

0

Ölkədə taxıl istehsalı sahəsində yerli istehsal artıbsa, taxıl idxalı da azalacaq. 

Report agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda Taxılçılıq Assosiasiyasının sədri Taleh Qasımov bildirib. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

O vurğulayıb ki, bu il ölkədə əvvəlki illərlə müqayisədə daha çox taxıl əkilib: “Bu isə əvvəlki illərlə müqayisədə taxıl istehsalında artım deməkdir: “Eyni zamanda, ölkənin taxıla olan özünütəminat sahəsində göstəricisi daha da artacaq”. 

O əlavə edib ki, bu il 798 hektardan çox ərazidə taxıl əkilib.

Xatırladaq ki, Azərbaycanda 2018-çi ildə taxıl istehsalı 2017-ci illə müqayisədə 13 faiz artaraq 3,3 mln ton təşkil edib, buğda istehsalı isə 13 faiz artaraq 2 mln ton olub. Həmçinin, taxılçılıq sahəsində özünütəminat səviyyəsi 66 faizdən 74 faizə, buğda da isə bu göstərici 58 faizdən 65 faizə çatıb.