17 C
Baku
Tuesday, October 15, 2024

Azərbaycanda taxıl toxumuna tələbatın 70 %-ini yerli istehsal ödəyir

Azərbaycanda taxıl toxumuna olan 100 min ton tələbatın təqribən 70 %-dən çoxu yerli istehsal hesabına ödənilir.

Bunu Azərbaycan Taxılçılar Assosiasiyasının İdarə Heyətinin sədri Niyazi Əmirbəyov Hacıqabulda keçirilən Aqrar İnnovasiya Festivalında jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, yerli toxumçular ildən-ilə bazarda daha çox paya malik olmağa başlayıblar.

N.Əmirbəyovun sözlərinə görə, Hacıqabulda ötən il respublika üzrə taxılçılıqda rekord həddə məhsuldarlıq qeydə alınıb: “Belə ki, ümumi məhsuldarlıq 55 sentner təşkil edib. Hacıqabul iqlim şəraiti və torpağa görə çətin rayondur. Əgər burada belə nəticə əldə edə biliriksə, bu o deməkdir ki, kənd təsərrüfatı sektorunda irəliləyişlər olacaq”.

Xatırladaq ki, bu gün Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Hacıqabul rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib. Kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyaların sərgiləndiyi festivalda toxum sərgi-satış yarmarkası təşkil edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər