Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sektorunda fəaliyyət göstərən “BeeOnline” ASC-nin nizamnamə kapitalı kəskin artırılıb.
Banker.az xəbər verir ki, şirkətin səhmdarlarının Ümumi Yığınağının qərarı ilə nizamnamə kapitalına əlavə 693 000 manat artım edilib.
Beləliklə, 2021-ci ildə təsis edilərkən 4000 manat nizamnamə kapitalı olsa da cari ildən bu rəqəm 697 000 manata qaldırılıb.
“BeeOnline” brendi altında abunəçilərə müxtəlif telekommunikasiya xidmətləri təklif edən internet şirkətidir. Şirkət 2021-ci ildə Sumqayıtda təsis edilib.
İki il öncə şirkətin səhmdarlarının dəyişdirilməsi ilə bağlı yığıncaq elan edilsə də, indiyə qədər heç bir səhmdarla bağlı mətbuata adlar açıqlanmayıb.
Şirkət yarandığı gündən 2022-ci ilə qədər ona Əsədov Elnur Yaşar oğlu rəhbərlik edib. 2022-ci ilin iyunundan bu tərəfə onun İdarə Heyətinin sədri Məmmədli Hikmət Fikrət oğludur.
“BeeOnline” ASC keçən 2023-cü ildə zərərdən xalis mənfəətə keçib. Hesabat müddətində 541 min manat xalis mənfəət əldə edib. Halbuki, 2022-ci ildə şirkətin zərəri 510 min manat olmuşdu.