24 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Azərbaycanda televiziya və radioların fəaliyyətində müvəqqəti fasilə yaranıb

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanın televiziya və radio kanallarının növbəti kompleks profilaktikası həyata keçirilir.

Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyindən bildirilib.

Bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən bu gün saat 06:00-dan növbəti kompleks profilaktika işlərinə start verilib. Kompleks profilaktika işlərinin bu gün saat 15:00-dək tam başa çatdırılması nəzərdə tutulub. Bu müddət ərzində ölkə ərazisində radio və televiziya proqramlarının yerüstü yayımında fasilələr olacaq. Kompleks profilaktika texniki tələbdir və onun aparılmasında məqsəd, bütün yayım avadanlıqlarında, onların anten-fider sistemlərində müvafiq test-yoxlama, sazlama, təmir-bərpa və digər profilaktik işlərin aparılmasından ibarətdir.

Qeyd edək ki, kompleks profilaktika radio-televiziya proqramlarını istehsal edən şirkətlərlə öncədən razılaşdırılmış qrafik əsasında il ərzində bir neçə dəfə aparılır.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər