9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Azərbaycanda tibbi sığorta üzrə toplanan sığorta haqları artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri könüllü tibbi sığorta üzrə 87 milyon 387 min manat sığorta haqqı toplanıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən bildirir ki, tibbi sığorta üzrə sığorta haqqı keçən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 388 min çoxdur.

Eyni zamanda, tibbi sığortalar üzrə şirkətlər tərəfindən hesabat dövründə 50 milyon 833 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 234 min manat artıb.

Son xəbərlər
Oxşar xəbərlər