19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Azərbaycanda ticarət sektoruna verilən “dollar kreditləri” azalıb, manata üstünlük verilib

Azərbaycanda bankların ticarət və xidmət sektoruna verdiyi kreditin həcmi 1 iyun 2020-ci il tarixində 2,414 mlrd. manata yaxın olub.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2020-ci ilin 1 iyun tarixinə olan statistikasında deyilir.

Bu göstərici ticarət və xidmət sahələrinə verilən kredit qoyuluşunun ötənilkindən 6% daha çox olması deməkdir.

Ticarət və xidmət sahələrinə verilən kreditlərin əsası, yəni 2,386 milyard manata yaxını özəl sektora verilən kreditlərdir.

Bu portfelin 1,471 mlrd. manatı milli valyutada,  915 milyon manata yaxın isə xarici valyutada verilən kreditlərdir.

Milli valyutada olan kreditlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% artıb,  xarici valyuta ilə verilən kreditlər isə 13% azalıb.

Son xəbərlər
Oxşar xəbərlər