27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda ticarət sektoruna verilən “dollar kreditləri” azalıb, manata üstünlük verilib

Azərbaycanda bankların ticarət və xidmət sektoruna verdiyi kreditin həcmi 1 may 2020-ci il tarixində 2,455 mlrd. manata yaxın olub.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2020-ci ilin 1 may tarixinə olan statistikasında deyilir.

Bu göstərici ticarət və xidmət sahələrinə verilən kredit qoyuluşunun ötənilkindən 8% daha çox olması deməkdir.

Ticarət və xidmət sahələrinə verilən kreditlərin əsası, yəni 2,427 milyard manata yaxını özəl sektora verilən kreditlərdir.

Bu portfelin 1,452 mlrd. manatı milli valyutada,  975 milyon manata yaxın isə xarici valyutada verilən kreditlərdir.

Milli valyutada olan kreditlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% artıb,  xarici valyuta ilə verilən kreditlər isə 7% azalıb.

 

Son xəbərlər
Digər xəbərlər