Azərbaycanda ticarətlə məşğul olan fərdi sahibkarların sayı 230 minə çatır

Azərbaycanda hüquqi şəxs (şirkət) yaratmadan ticarətlə məşğul olan sahibkarların sayı 230 minə çatıb.

Bu barədə Banker.az DSK-nin illik nəşrinə istinadən xəbər verir .

Məlumata görə, 1 yanvar 2021-ci il tarixinə ölkədə ticarətlə məşğul olan fərdi sahibkarların sayı 228 742 olmuşdur.

Bu isə son bir il ərzində 3.3 faiz artım deməkdir.

Ticarətlə məşğul olan fərdi sahibkarların sayı, ilin əvvəlinə:

2017-ci il: 199 255

2018-ci il – 201 121

2019-cu il: 205 090

2020-ci il: 221 484

2021-ci il: 228 742

Son xəbərlər
Digər xəbərlər