10 C
Baku
Tuesday, November 29, 2022

Azərbaycanda ticarətlə məşğul olanlara nağdsız ödəniş tələbi yumşaldılır

Azərbaycanda ticarət fəaliyyəti ilə məşğul olan, son 12 aylıq dövrün istənilən ayında dövriyyəsi 200 min manatdan artıq olan vergi ödəyəcilərinin təqdim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişləri yalnız nağd qaydada həyata keçirməsi təklif olunur.

Bu, “Nağdsız hesablaşmalar haqqında qanuna dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna görə ticarətlə məşğul olanlara nağdsız ödəniş tələbi 30 min manatdır. Bu tələb həm də ictimai iaşə fəaliyyəti ilə məşğul olanlara aiddir, amma onlar üçün nağdsız ödəniş tələbinin yumşaldılması nəzərdə tutulmur.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər
X