23 C
Baku
Friday, May 24, 2024

Azərbaycanda tikinti işlərində “səngimə”: İstehsal azalmaqda davam edir

Tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 426,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz azalıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Tikinti gipsinin istehsalı 2,3 dəfə, tikinti kərpicinin istehsalı 19,7%, hörmə üçün hazır beton qarışığının istehsalı 6,5% artmış, sementin istehsalı 2,7%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 25,6%, tikinti əhənginin istehsalı 37,6%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 38,6%, asfaltın istehsalı 44,8%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 56,7% azalıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər