2020-ci ilin yanvar-mart aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 141,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15% azalıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Tikinti gipsinin istehsalı 39 dəfə, asfaltın istehsalı 9,3%, hörmə üçün hazır beton qarışığının istehsalı 5,2%, tikinti kərpicinin istehsalı 1,5% artmış, sementin istehsalı 3%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 5,1%, tikinti əhənginin istehsalı 29,1%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 36,2%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 59,8% azalıb.
2020-ci ilin yanvar-mart aylarında 683,6 min ton semen istehsal edilib, bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 3% azdır.
Cari ilin yanvar-mart aylarında armatur istehsalı isə 12% azalaraq 62,1 min ton təşkil edib.