19 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Azərbaycanda tikinti materiallarının istehsalı 35%-dən çox artıb

Screen Shot 2021 09 02 at 14.34.20

Bu ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 35,2% artaraq 52,4 mln manat təşkil edib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin ilk ayında ölkədə 191,9 min ton sement istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar ayı ilə müqayisədə 34% azdır.

Bu ilin yanvar ayında ölkədə 8,8 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 76,6% çoxdur. Bu ilin yanvar ayında tikinti kərpicinin istehsalı 8,3% artaraq 37,2 min kubmetr təşkil edib.

Tikinti gipsinin istehsalı 5,5% azalaraq 0,4 min ton olub. Yanvar ayında tikinti əhənginin istehsalı 26,2% artaraq 2 min ton təşkil edib.

Yanvar ayı ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 2,8 min tonolaraq, ötən ilin yanvar ayı ilə müqayisədə 73,4% azalıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 19,4% artaraq 3,7 min kubmetr təşkil edib.

Ötən ay ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 20,6% azalaraq 631,6 ton təşkil edib.

Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı da 21,7% artaraq 114,9 min ton təşkil edib.

©Report

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər