26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda tikinti materiallarının istehsalına 60 min manat güzəştli kredit ayrılıb

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu “Baku Stone Factory” MMC-yə tikinti materiallarının istehsalı layihəsi üçün 60 min manat güzəştli kredit ayırıb.

Bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Tikinti materiallarının istehsalının dəstəklənməsi bu sahədə artan tələbatın yerli məhsullar hesabına ödənilməsi baxımından əhəmiyyətlidir”, – deyə o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər