8 C
Baku
Sunday, December 22, 2024

Azərbaycanda tikinti sahəsinə investisiya qoyuluşu 22%-dən çox artıb

Azərbaycanda investisiyaların həcmində artım var.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, bu ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlər ötən ilin eyni dövrü ilə müqayisədə 4.6% artıb.
Daxili investisiyalarda artım 20.5% təşkil edib. Dövlət mülkiyyətində olan qurumların kapital qoyuluşları 21.5%, qeyri-dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş investisiyalar (ABƏŞ istisna olmaqla) 11.4% artıb.
Tikinti quraşdırma işlərinə yönəldilmiş vəsaitlərdə artım isə 22.3% olub.
Son xəbərlər
Digər xəbərlər