15 C
Baku
Tuesday, October 15, 2024

Azərbaycanda tikinti və şəhərsalma xərcləri 1.2 mlrd. manata yaxın azaldılır

2024-cü ildə Azərbaycanda dövlət büdcəsində tikinti və şəhərsalma xərcləri azaldılır.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Layihəyə əsasən gələn il tikinti və şəhərsalma xərcləri 6 309 440 300 manat təşkil edəcək. Bu göstərici 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 15.5% və ya 1,152,529,700 manat azdır.

Qeyd edək ki, 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində tikinti və şəhərsalma xərcləri 7 461 970 000 manat proqnozlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər