12 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanda tikintidə təhlükəsizliklə bağlı yeni dövlət standartları qəbul edildi

Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ГОСТ 26633-2023 “Ağır və xırdadənəli betonlar. Texniki şərtlər”, AZS ГОСТ 31914:2023 “Monolit konstruksiyalar üçün yüksək möhkəmlikli ağır və xırdadənəli betonlar. Yoxlama və keyfiyyətin qiymətləndirilməsi qaydaları” və AZS ГОСТ 32495:2023 “Xırdalanmış betondan və dəmir-betondan qırmadaş, qum və qum-qırmadaş qarışıqları. Texniki şərtlər” dövlət standartları qəbul edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu məlumat yayıb.

Bildirilir ki, ölkə ərazisində tikinti sahəsində təhlükəsizliyin, o cümlədən tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə beynəlxalq mütərəqqi təcrübələrə əsaslanan müasir tələblərə uyğun yeni dövlət standartlarının qəbul edilməsinə zərurət yaranıb.

AZS ГОСТ 26633-2023 “Ağır və xırdadənəli betonlar. Texniki şərtlər” standart bütün tikinti sahələrində və iqlim zonalarında istifadə edilən sement yapışdırıcılı və sıx dolduruculu konstruktiv ağır və xırdadənəli betonlara şamil edilir və betonlara dair texniki tələbləri, onların qəbul qaydalarını və yoxlama üsullarını müəyyən edir. Standart gərginləşən, iridənəli, turşuyadavamlı, istiyədavamlı, radiasiya mühafizəli, xüsusi ağır və dispers-armaturlanmış betonlara şamil edilmir.

AZS ГОСТ 31914:2023 “Monolit konstruksiyalar üçün yüksək möhkəmlikli ağır və xırdadənəli betonlar. Yoxlama və keyfiyyətin qiymətləndirilməsi qaydaları” standart sıxılmada möhkəmlik sinifləri B60 və yuxarı olan, istismar edilən və tikinti mərhələsində olan monolit konstruksiyalar üçün nəzərdə tutulan yüksək möhkəmlikli ağır və xırdadənəli betonlara şamil edilir və yüksək möhkəmlikli ağır və xırdadənəli betonların xassələri və sınaq xüsusiyyətləri nəzərə alınmaqla, möhkəmliyin, şaxtayadavamlılığın və sukeçirməzliyinin təyini, yoxlanılması və qiymətləndirilməsi qaydalarını müəyyən edir. Yüksək möhkəmlikli ağır və xırdadənəli betonun digər normalaşdırılan birbaşa keyfiyyət göstəriciləri həmin sınaqlara aid normativ sənədlər əsasında təyin edilir, yoxlanılır və qiymətləndirilir.

AZS ГОСТ 32495:2023 “Xırdalanmış betondan və dəmir-betondan qırmadaş, qum və qum-qırmadaş qarışıqları. Texniki şərtlər” standart, beton və müxtəlif təyinatlı məhlulların doldurucuları kimi istifadəsi üçün nəzərdə tutulmuş və həmçinin ərazilərin abadlıq, bərpa və hamarlanması üçün hazır qarışıqların komponent materialı, avtomobil yollarının əsasları, uçuş-enmə zolaqlarının və aerodromların platformalarının əsasları, yol çiyinlərinin tikintisi materialı kimi istifadə olunan xırdalanmış betondan və dəmir-betondan alınmış qum-qırmadaş qarışıqlarına, qırmadaşa və quma şamil edilir. Bu standart, xırdalanmış betondan qum-qırmadaş qarışıqlarının, qırmadaşın və qumun xüsusiyyətlərini, qəbul meyyarlarına, sınaq üsullarına, daşınmasına və saxlanmasına dair tələbləri müəyyən edir. Xırdalanmış betondan alınmış qum-qırmadaş qarışıqları asfalt-beton qarışıqlarının hazırlanması, üzvi yapışdırıcı materiallarla emal edilmiş əsasların hazır qarışıqlarının hazırlanması üçün tətbiq edilmir.

Standartlar “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 10) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər