26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda törəməsi olan Türkiyə bankının rəhbəri vəzifəsini tərk edir

Türkiyənin ən böyük bankı, dövlətə məxsus “Ziraat Bank”ın baş direktoru Hüseyn Aydın vəzifəsini tərk edir.

Məlumata görə, bu barədə qərar Bankın səhmdarlarının növbəti ümumi yığıncağında qəbul olunub. H.Aydının bundan sonra həm də Türkiyə Banklar Birliyinə rəhbərlik etməyəcəyi bildirilir.

Türkiyənin ODA TV-sinə danışan H.Aydın isə belə deyib: “Mən istefa vermirəm, vəzifəmi başqa birinə həvalə edirəm. Bu, normal prosesdir”.

O, həmçinin yeni vəzifəsi ilə bağlı suala cavab olaraq gələcəkdə açıqlama veriləcəyini deyib.

Xatırladaq ki, 2014-cü ildən “Ziraat Bank”ın Azərbaycanda törəməsi (“Zıraat Bank Azərbaycan” ASC) fəaliyyət göstərir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər