16 C
Baku
Monday, May 20, 2024

Azərbaycanda toyuq istehsal edən şirkət əmlakını girov qoyub – Kredit götürəcək

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1-ci maddəsinə müvafiq olaraq “Səba” ASC-nin Direktorlar Şurasının qərarına əsasən, 31 yanvar 2023-cü il saat 15:00-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında cəmiyyətin inzibati binasında “Səba” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilmişdir.

Gündəlikdəki məsələlər:

1. “Səba” Açıq Səhmdar Cəmiyyətinə bərpa olunmayan kredit xəttinin açılması üçün ASC “Xalq” Bankına müraciət olunması.

2. Bankla cəmiyyət arasında bağlanması nəzərdə tutulan kredit xətti müqaviləsi üzrə kredit öhdəliklərinin icrasının təminatı qismində cəmiyyətə məxsus daşınmaz əmlakın bankın xeyrinə sonrakı girov/ipotekaya qoyulması.

3. “Səba”ASC-nin Direktorlar Şurası barədə.

4. Digər məsələlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər